Ukrayna hökuməti 2025-ci ilin büdcə layihəsini 75% kəsirlə təsdiqləyib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal bildirib.  

Ukrayna büdcəsinin gəlirlərinin 2 trilyon, xərclərinin isə 3,6 trilyon qriven olacağı gözlənilir. Ukraynanın xərclərinin demək olar ki, üçdə ikisi  - - 2,22 trilyon qrivendən çox müdafiəyə yönələcək.