Şəmkirdə qadını maşın vuraraq öldürüb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Mərkəzi bazarının qarşısında qeydə alınıb. Hərəkətdə olan avtomobil orta yaşlı Ziyafət Səmədzadəni vurub. Qadın hadisə yerində ölüb.

Məlumata görə, hadisəni törədən qadın sürücü olub.

Qeyd edək ki qəzada ölən Z.Səmədzadə həkim işləyirdi.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov