Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda makaron zavodunda partlayış baş verib.

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, nəticədə 20 nəfər yaralanıb, ikisinin vəziyyəti ağırdır.

Partlayışın səbəbi bilinmir. Hadisə zamanı zavodda 59 işçinin olduğu, içəridə heç kəsin qalmadığı bildirilir. 

Faktla bağlı araşdırma aparılır.