Azərbaycan badmintonçusu Ülvi Hüseynov Malayziyanın Ravanq şəhərində keçirilən açıq turnirdə uğurla çıxışla yadda qalıb.
"Unikal" xəbər verir ki, mübarizəyə 1/32 finaldan başlayan badmintonçu yalnız finala gedən yolda turnirin qalibi yerli idmançı Lai Man Tata gərgin keçən görüşdə 0:2 (22-24,16-21) hesabı ilə uduzub.
Dünya üzrə badmintonda öncüllərdən sayılan Malayziyada güclü rəqiblərlə qarşılaşan Ülvi 18 yaşadək kişi badmintonçuların şəxsi yarışında bürünc medal qazanıb.