Qazaxıstanda Milli Təhlükəsizlik Komitəsi (MTK) rəhbərinin iki müavini vəzifəsindən azad edilib.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sərəncam imzalayıb.
Bildirilir ki, Terrorla Mübarizə Xidmətinin rəhbəri Ruslan Seysembayev və Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Əsgər Amerxanov vəzifələrini itiriblər. İşçilərin ixtisar edilməsinin səbəbləri açıqlanmır.
Milli Təhlükəsizlik Komitəsinin hər iki sabiq rəis müavini 2023-cü ilin aprelində təyin olunublar.
Gülayə Mecid