Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 57406 nəfər istiqamətləndirilib.
Bu barədə "Unikal"a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komisiyyasından məlumat verilib.
Bildirilib ki, onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1913 nəfərdən 1244 nəfəri istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib:
"Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 340, QİÇS-lə Mübarizə Mərkəzində 402, Sumqayıt Narkoloji Mərkəzində 152 nəfər) 894 xəstə müalicə alır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Cari ilin avqust ayın sonuna kimi İİV-ə yoluxmuş Azərbaycan Azərbaycan vətəndaşları arasında 52 nəfəri (5,9%-i) inyekson narkotik istifadəçiləri olub".