Türkiyə Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri İbrahim Kalın Ankarada Fələstinin Qəzza zolağında hakimiyyətdə olan HƏMAS qruplaşmasının siyasi qanadının liderləri ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, iclasın gündəmində Qəzzada davamlı atəşkəsin yaradılması və bölgəyə daha da çox humanitar yüklərin çatdırılması üçün atılacaq addımlar yer alıb.
Türkiyə mənbəsinin sözlərinə görə, MİT bu münaqişədə mühüm rola malikdir və bütün aktorlarla, xüsusən də HƏMAS, İsrail, Misir, Qətər və ABŞ-nin yüksək rütbəli liderləri ilə diplomatik iş aparır.
Gülayə Mecid