Moskva Şəhər Məhkəməsi "qanuni oğru" "Dato Svan" kimi tanınan 50 yaşlı David Çaçibayı 15 il müddətinə azadlıqdan məhrum edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
Çaçibay Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 210.1-ci "Cinayət aləmində daha yüksək vəzifə tutma" və 163-cü maddənin 3-cü hissəsinin “a”, “b” bəndləri (“Xüsusilə külli miqdarda mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə”) ilə təqsirli bilinib.
Gülayə Mecid