Gürcüstan Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı müsbət prosesi alqışlayır.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze erməni həmkarı Nikol Paşinyanla birgə mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, strateji əməkdaşlıq iki ölkə arasında münasibətlərin dərinləşməsinə kömək edəcək: "Mən Ermənistanın baş nazirinə BMT-nin Abxaziyadan məcburi köçkün və sakinlərin geri qaytarılması ilə bağlı qətnaməsinin lehinə səs verdiyinə görə minnətdarlığımı bildirdim. Bu qərar ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək. Münasibətlərimizin dinamikası çox yüksəkdir, yüksək səviyyəli səfərlər tez-tez olur. Biz bu dinamikanı qorumağa borcluyuq".
Gürcüstanın baş naziri vurğulayıb ki, o, Paşinyanla bütün sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə edib.
Ağarza Elçinoğlu