Sünikdə hərbi xidmətdə olan  əsgər silahı yenidən doldurarkən ehtiyatsızlıqdan həmkarını yaralayıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, istintaq müəyyən edib ki, sentyabrın 15-də saat 18:45 radələrində hərbi hissələrdən birinin əməkdaşı avtomatı yenidən doldurarkən ehtiyatsızlıqdan atəş açıb. Güllə həmkarının başına dəyib: o, xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Hazırda onun həyatı üçün təhlükə yoxdur.

İstintaq davam edir, hadisənin baş vermə şəraiti aydınlaşdırılır.

*** 17:50

Sentyabrın 15-də Ermənistanın Sünik vilayətinin Sisian rayonunda yerləşən döyüş mövqeyində 2 əsgər bir-birini güllələyib. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Məlumata görə, hərbçilər arasında mübahisə baş verib: "Hər ikisi çağırışçı əsgərdir, mübahisə edib, sonra bir-birlərinə silah tutublar. Atışma nəticəsində onların hər ikisi yaralanıb. Xəstəxanaya aparılıblar", - deyə qeyd olunub. 

Ağarza Elçinoğlu