Moskvanın Zamoskvoretski məhkəməsi komediya ustası Danila Popereçninin xarici agent statusuna etiraz edərək Ədliyyə Nazirliyinə qarşı iddiasını təmin edib.
"Unikal" xəbər verir ki, bu barədə məhkəmə qərarında deyilir. Bildirilir ki, aktyorun iddiası ilə bağlı məhkəmə iclası sentyabrın 18-nə təyin edilib.
Qeyd edək ki, xarici agent elan edilən Danila komediyaçı və ssenaristdir. Onun "YouTube" kanalının 3 milyondan çox abunəçisi var. 14 iyun 2024-cü ildə Rusiya Federasiyasının Ədliyyə Nazirliyi onu xarici agentlərin reyestrinə daxil etdikdən sonra Danila Rusiyanı tərk edib.