İspaniya Milli Polisi Madriddə narkotik alverində ittiham olunan Avropanın ən çox axtarılan cinayətkarlarından birini saxlayıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb. 

“Milli Polis əməkdaşları Madriddə narkotik alverinə görə Avropada ən çox axtarışda olan cinayətkarlardan birini saxlayıblar. Qaçaq digər ailə üzvləri və yaxın adamları ilə birlikdə Alban-Kosovalı cinayət təşkilatına rəhbərlik edib”.

Belçikada alban əsilli bir şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, cinayət təşkilatında iştirak və saxtakarlıq daxil olmaqla, 13 maddə üzrə 29 ildən artıq həbs cəzasına məhkum edilib.