Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp son sui-qəsd cəhdinə baxmayaraq, bu həftə planlaşdırılan bütün kampaniya tədbirlərində iştirak etmək niyyətindədir.
"Unikal" xəbər verir ki, bunu CNN-ə namizədin iş qrafiki ilə tanış olan mənbə bildirib.
"Tramp, həyatı üçün təhlükə olduğu iddia edilsə də, seçki yarışında fəal iştirakını davam etdirərək, planlaşdırılan tədbirlərin heç birini ləğv etmək və ya təxirə salmaq niyyətində deyil", - deyə mənbə qeyd edib.