Həyata keçirilən növbəti monitorinqlər zamanı şəhərin N.Gəncəvi prospekti 26 ünvanında və Fətulla Həsənov küçəsində müvafiq icazəverici sənədləri olmadan tikintisi aparılan yaşayış, qeyri-yaşayış sahələri, o cümlədən Ozan küçəsində qanunsuz yerləşdirilmiş dəmir konstruksiyalı köşk aşkarlanıb.
"Unikal" xəbər verir ki, həyata keçirilən qanunamüvafiq tədbirlərlə sözügedən obyektlərin bəzilərində aparılan tikinti işləri dayandırılıb, digərlərinin söküntüsü təmin edilib, qanunsuz köşk isə götürülürək ərazidən kənarlaşdırılıb.
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə qanunsuz tikintilərlə bağlı növbəti monitorinqlər keçirilib.