Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu elan olunmamış səfərlə İrana gedib.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, Tehranda onu İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Əkbər Əhmədiyan qəbul edib.
Danışıqlar zamanı Şoyqu bildirib ki, Rusiya İranın “Azərbaycanla dəhlizlər və kommunikasiyalar” məsələsində siyasətini dəstəkləyir.
Rabitə məsələsi ötən həftə Sankt-Peterburqda Şoyqu ilə Əhmədiyan arasında keçirilən görüşdə müzakirə olunub. Daha sonra Rusiya tərəfi, “Zəngəzur bölgəsi ilə bağlı Tehranla əldə olunan razılaşmalara sadiq qaldığını” bəyan edib.
Qeyd edək ki, bu, Şoyqunun son ay yarım ərzində İslam Respublikasına ikinci səfəridir. O, sonuncu dəfə avqustun əvvəlində İrana səfər edib.