Gələn il Azərbaycanda bir sıra sahələrdə xərclərin artırılması proqnozlaşdırılır.
"Unikal" həmin sahələri təqdim edir:
məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinin 3 milyard 207,7 milyon manat olması nəzərdə tutulur. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,8 % çoxdur;
ümumi dövlət xidmətləri xərclərinin 5 milyard 241,3 milyon manat olması nəzərdə tutulur. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 15,4 % çoxdur;
səhiyyə xərclərinin 1 milyard 997,2 milyon manat olması nəzərdə tutulur. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 7 % çoxdur;
təhsil xərclərinin 4 milyard 945,8 milyon manat olması nəzərdə tutulur. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,7 % çoxdur;
mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinin 635,3 milyon manat olması nəzərdə tutulur. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,4 % çoxdur;
Ətraf mühitin mühafizəsi xərclərinin 417,7 milyon manat olması nəzərdə tutulur. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,8 % çoxdur.