Fransa Prezidenti Emmanuel Makron “Paris Match” jurnalının və “Sud Radio”nun sifarişi ilə “IFOP-Fiducial” sosial xidmətinin tərtib etdiyi fransız siyasətçilərinin populyarlıq reytinqində 44-cü yerə düşüb.

"Unikal" xəbər verir ki, dərc edilmiş məlumatlara görə, min respondentin yalnız 31 faizi prezidentə müsbət münasibət bildirib.

“Paris Match” qeyd edir ki, bu, hazırkı dövlət başçısının ölkə prezidentliyinə namizədliyini irəli sürməyi yenicə planlaşdırdığı 2017-ci ildən bəri bu reytinqdə ən aşağı mövqedir. Makron eyni təşkilatın tərtib etdiyi iyul reytinqində 40-cı yerdə qərarlaşmışdı.

Fransızlar sentyabrın 5-də ölkənin baş naziri təyin olunan 73 yaşlı, geniş ictimaiyyətə az tanınan Mişel Barnyeni sevimli siyasətçi kimi göstəriblər. 57% onun lehinə səs verib.