Ermənistanın Tavuş vilayətinin sakini yolun tikintisi zamanı partlayış əməliyyatlarında ölüb.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Sarıyux kəndi yaxınlığında baş verən partlayış zamanı daş parçaları yol tikinti şirkətinin işçisi 27 yaşlı Edqar N.-nin başına dəyib. O, aldığı xəsarətlərdən yerindəcə keçinib.
Faktla bağlı cinayət işi açılıb.
Ağarza Elçinoğlu