Meksikanın yeni seçilmiş prezidenti Klaudiya Şeynbaum sələfi Andres Manuel Lopez Obradorun kursunu davam etdirərək, xarici siyasətə qarışmamaq siyasətinə sadiq qalmaq niyyətində olduğunu bildirib.
"Unikal" xəbər verir ki, bu barədə "Fuser News" məlumat yayıb.
Şeynbaum oktyabrın 1-də vəzifəsinin icrasına başladıqdan sonra Ukrayna prezidenti Volodimir Zelenskinin Kiyevə səfər dəvətini rədd edib.
"Vacib hesab etdiyimiz bəzi beynəlxalq tədbirlərdə iştirak edəcəyik, lakin çox səyahət etməyəcəyik", - deyən Şeynbaum administrasiyasının əsas vəzifəsinin daxili problemləri həll etmək olacağını vurğulayıb.
Gülayə Mecid