KTMT Ermənistanın təhlükəsizliyinə, Ermənistanın gələcək varlığına, suverenliyinə və dövlətçiliyinə təhdidlər yaradır.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Dünya Erməni Sammiti çərçivəsində panel müzakirəsi zamanı açıqlayıb.
"Ermənistanın KTMT-yə qayıtmağa cəhd etməsi və ya düşünməsi ilə bağlı çoxlu müzakirələr gedir. Yalnız qaldırdığımız suallara konkret cavablar verilərsə, biz KTMT-dəki fəaliyyətimizi tam bərpa edəcəyik. Bundan iki il keçdi, cavablar nəinki eşidilmir, eşidilməyəcəyi də artıq bəllidir. Yaxud açıq-aşkar olmasa da, amma deyə bilərəm ki, bu cavablar eşidilmədikcə və inandırıcı olmadıqca Ermənistan KTMT-dən daha da uzaqlaşır", - Paşinyan qeyd edib.
Ağarza Elçinoğlu