İtaliyada baş verən hadisə dünya gündəminin mövzusuna çevrilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın Traversetolo şəhərində yaşayan 22 yaşlı Çiara Petrolini adlı qadın hamiləliyini gizlətmək və kökəlməmək üçün günlərlə ac qalıb, doğuşdan sonra körpəsini evinin bağçasında basdıraraq ailəsi ilə birlikdə tətilə çıxıb.
Hadisədən sonra evin bağçasında iki körpə meyiti tapılıb, araşdırmaların başladığı bildirilib. Araşdırmalar davam edərkən meyitlərdən birinin qadının uşağı olduğu və bir ildən çox əvvəl doğulduğu müəyyən edilib.
Zərifə Nağıyeva