İrəvan BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP29) iştirakla bağlı hələ qərar qəbul etməyib.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Dünya Erməni Sammiti çərçivəsində panel müzakirəsi zamanı deyib.
"Bizim hələ ki, bu məsələ ilə bağlı qərarımız yoxdur", - deyə o qeyd edib.
BMT-nin İqlim Dəyişikliyi Konfransının Azərbaycanda keçirilməsi haqqında qərar ötən ilin dekabrında qəbul edilib.
Xatırladaq ki, Azərbaycan Ermənistanı sammitdə iştiraka dəvət edib.
Ağarza Elçinoğlu