"Hizbullah təşkilatı üzvlərinin peycerlərinin partladılması Livana qarşı növbəti hibrid müharibə aktıdır".
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Livanda peycerlərin partlaması sentyabrın 17-də axşam baş verib. Partlayışlar nəticəsində azı 4 min nəfər yaralanıb, onlardan 11-i ölüb, o cümlədən 8 yaşlı uşaq və Hizbullah liderlərindən birinin oğlu həyatını itirib.
Livanın Səhiyyə Nazirliyi xəstəxanalarda fövqəladə rejim elan edib.
Gülayə Mecid