Çinin Şanxay şəhərində nadir hadisə baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ailəsi 1 yaşlı körpəni motorikasında problem olduğu üçün xəstəxanaya aparıb. Körpənin beynində onun doğulmamış əkizi olduğu müəyyən edilib. Müayinələr nəticəsində körpələrin ana bətnində əkiz olduğu, digər dölün isə kifayət qədər inkişaf etmədiyi və beyində qaldığı məlum olub.
Ətraflı müayinələrdən sonra körpənin beyninin sıxıldığı və maye yığılmasının meydana gəldiyi məlum olub. Bildirilib ki, dölün sümükləri, yuxarı ətrafları və dırnaqları inkişaf edib.
Təxminən 10 santimetr uzunluğunda olan döl uğurlu əməliyyatla çıxarılıb.
Zərifə Nağıyeva