İsrail ilkin olaraq Hizbullahla döyüşəcəyi təqdirdə peycerləri Livanda partlatmağı davam edəcək.
"Unikal" xəbər verir ki, bu barədə İsrailin "Walla" portalı mənbələrə istinadən məlumat yayıb.
KİV-ə danışan keçmiş İsrail rəsmisi bildirib ki, peycerlərin bombalanması genişmiqyaslı hərbi əməliyyatlar zamanı Hizbullaha qarşı “sürpriz ilk zərbə”dir.
“İsrail elə bir vəziyyətdə idi ki, ya ələ keçirilən peycerlərdən istifadə edəcək, ya da bu qabiliyyətini itirəcək”, - anonimlik şərti ilə üç ABŞ rəsmisi nəşrə bildirib.
Onların sözlərinə görə, peycer partlayışlarından bir neçə dəqiqə əvvəl İsrailin müdafiə naziri Yoav Qallant amerikalı həmkarı Lloyd Ostinə zəng edərək İsrailin yaxın vaxtlarda Livanda əməliyyat keçirəcəyini bildirib. Lakin o, təfərrüatları açıqlamaqdan imtina edib.
Sentyabrın 17-də Livanın bir sıra bölgələrində, o cümlədən Beyrutun cənub ətraflarında çoxsaylı peycer partlayışları baş verib. LivanSəhiyyə Nazirliyi bildirib ki, peycerin partlaması nəticəsində 4 min vətəndaş xəsarət alıb.
Gülayə Mecid