İstanbul Polis İdarəsi Kəşfiyyat Şöbəsi və Terrorla Mübarizə Şöbəsi qrupları PKK terror təşkilatının nümayəndəsinə qarşı əməliyyat keçirib.
"Unikal" Türkiyə mətbuatın istinadən xəbər verir ki, qruplar Suriyanın Həsəkə vilayətinin Qamışlı rayonunda terror təşkilatları PKK/KCK və YPG/PYD tərkibində məsul səviyyədə fəaliyyət göstərdiyi iddia edilən H.A.C-ın saxta Fələstin şəxsiyyət vəsiqəsi ilə ölkəyə daxil olduğunu müəyyən edib.
Təşkilat adına İstanbulda fəaliyyətini davam etdirmək və hərəkətə keçməkdə qərarlı olan Suriya əsilli şübhəlinin ünvanını müəyyən edən qruplar, keçirdikləri əməliyyatla şübhəlini saxlayıb.
Polis bölməsindəki əməliyyatların ardından ədliyyəyə sövq edilən şübhəli, növbətçi cinayət işi üzrə Sülh hakimliyi tərəfindən həbs edilib.
Gülayə Mecid