Belarusda hökuməti devirmək üçün sui-qəsdçilər ölkə prezidenti Aleksandr Lukaşenkonun helikopterini vurmağı planlaşdırıblar.
"Unikal" Belarus KİV-ə istinadən xəbər verir ki, iş üzrə müttəhimlərdən biri Yuri Zenkoviç cinayət niyyətini etiraf edib.
"Onlar dövlət başçısının helikopterini ya havaya qalxarkən, ya da enərkən ağır pulemyotla vuracaqdılar", - Zenkoviç bildirib.
Qeyd edək ki, 2022-ci ildə Yuri Zenkoviç Belarusda dövlət hakimiyyətini ələ keçirmək üçün sui-qəsddə təqsirli bilinib. Məhkəmənin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Gülayə Mecid