Avropa Parlamenti (AP) Venesuela prezidenti Nakolas Maduroya qarşı beynəlxalq həbs qərarı verilməsini və müxalifət lideri Edmundo Qonzales Urrutianın dövlət başçısı kimi tanınmasını istəyib.
"Unikal" xəbər verir ki, bu barədə AP-nin qətnaməsində deyilir.
"Biz Aİ və üzv dövlətləri Nikolas Maduronun insanlığa qarşı cinayətlərə görə beynəlxalq həbsinə order tələb etməyə çağırırıq", - sənəddə deyilir.
Bundan əlavə, Avropa Parlamentinin deputatları Venesuela Milli Seçki Şurasının üzvlərinə qarşı sanksiyaları bərpa edəcəklər.
Sentyabrın 2-də ABŞ Venesuela prezidentinin təyyarəsini ələ keçirərək Floridaya aparıb. ABŞ Ədliyyə Nazirliyi təyyarənin ABŞ-nin sanksiyalar qanunlarını pozduğuna görə müsadirə edildiyini bildirib.
Gülayə Mecid