Dubaydan avtomobil ehtiyat hissəsi gətirmək adı ilə dələduzluq edən şəxs saxlanılıb.
"Unikal" xəbər verir ki, Qax rayon sakini T.Abdullayevə qarşı dələduzluq edilib. Belə ki, o, sosial şəbəkədə tanış olduğu A.Cəfərova xarici ölkədən avtomobil ehtiyyat hissəsi gətirməsi üçün 700 manat pul göndərib. Bir müddət keçsə də, A.Cəfərov vədinə əməl etməyib. Zərərçəkmiş bu barədə rayon polis şöbəsinə müraciət edib. Polis əməkdaşları tərəfindən həmin şəxs saxlanılaraq istintaqa cəlb edilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Seymur Əli