İran prezidenti Məsud Pezeşkianın iştirak etdiyi Beynəlxalq İslam Birliyi Konfransının açılışında İran himni səsləndirilərkən Taliban nümayəndəsi ayağa qalxmayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, onun bu hərəkəti İran tərəfinin sərt reaksiyasına səbəb olub.
Prezident Pezeşkian da salonda olarkən yaranan bu vəziyyət ölkə mediasında və sosial mediada iranlıların reaksiyası ilə qarşılanıb, bəziləri isə Taliban nümayəndəsinin konfransa dəvət olunmasını tənqid edib.
Reaksiyalardan sonra İranın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Həsən Kazimi məsələ ilə bağlı açıqlama verəcəyini bildirib.
Gülayə Mecid