Robert Köçəryan Dağlıq Qarabağı danışıqların tamhüquqlu tərəfi kimi danışıqlar formatından çıxardığı andan başlayaraq, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın "Respublika Naminə" partiyasının vitse-prezidenti Ruben Mehrabyan bildirib.
O, hesab edir ki, indi vəziyyət dəyişib: "Şahramanyanın və ya onun ətrafının dedikləri heç bir əhəmiyyət kəsb etmir.
Dağlıq Qarabağın keçmiş rəhbərliyi bütün bunların niyə baş verdiyini başa düşməyib. Onlar 2014-cü ildən başlayaraq, Zori Balayanın göstərişi ilə Dağlıq Qarabağın ilhaqı ilə bağlı rəqs edəndə, Cənubi Osetiyanı rəsmən təbrik edəndə belə oldu. Onlar bunu anlamırdılar və bu gün Bakıda həbsdə olanlar da başa düşməyənlər sırasındadır".
Mehrabyanın sözlərinə görə, Rusiya Müdafiə və Hərbi Kəşfiyyat Nazirliyinin təlim mərkəzində Ermənistanda dövlət çevrilişi etmək üçün konkret maaşla konkret adamlar hazırlanır: "Belə bir şeyin baş verməməsi üçün dövlət buna qarşı institusional addımlar atmalıdır. Samvel Şahramanyanın bütün institusional imkanları qanunla ləğv edilməli, o, siyasi sahədən uzaqlaşdırılmalı və cəmiyyətdə parçalanmaya səbəb olan bəyanatlarına görə qanun qarşısında cavab verməlidir".
Ağarza Elçinoğlu