Belçikanın paytaxtı Brüsseldə ictimai nəqliyyat şirkəti (STİB) metroda doğulan körpəyə ömürlük pulsuz abunə haqqı verib.
"Unikal" xəbər verir ki, STİB-in sosial media hesabından verilən açıqlamada sentyabrın 15-də Brüsselin Molenbeek rayonundakı Beekant metro stansiyasında bir ananın uşaq dünyaya gətirdiyi bildirilib.
Açıqlamada doğuşun metro səfərində başladığı, körpənin STİB əməkdaşlarının köməkliyi ilə sağlam doğulduğu qeyd olunub.
Belə bir hadisənin ilk dəfə yaşandığı qeyd edilən açıqlamada, "Bu, heç vaxt unuda bilməyəcəyimiz bir andır və doğum hədiyyəsi olaraq STİB-in yeni kiçik ulduzu ömür boyu pulsuz abunə alacaq" ifadəsi işlədilib.
Gülayə Mecid