Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın xarici işlər naziri Stefan Sejournenin İrəvanda verdiyi bəyanatı şərh edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
"Tamamilə səriştəsiz diplomatın bəyanatı. Təəccüblüdür ki, müttəfiqlərimiz, qardaşlarımız, qonşularımız, Ermənistanın siyasi rəhbərliyi həmin bəyanata cavab vermir. Bu şəxsiyyət onun bacarıqsızlığını, tarixdən xəbərsizliyini bir daha nümayiş etdirdi. Biabırçılığı Parisdə beynəlxalq tədbirdə gördük. Belə bəyanatlar verməkdənsə, öz səhvlərini düzəltsinlər", - deyə diplomat cavab verib.
Sejourne bəyan edib ki, Rusiya Ermənistana qarşı düşmənçilik nümayiş etdirir və zülm etmək istəyir.
Ağarza Elçinoğlu