Avropa İttifaqı Gürcüstan vətəndaşları üçün vizasız rejimə son qoya bilər.
"Unikal" xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Bu, Gürcüstan hakimiyyətinin antidemokratik hərəkətlərinə və onun anti-Qərb ritorikasına cavab olacaq.
Məlumata görə, gürcülərin vizasız rejimdən məhrum edilməsi ilə bağlı məlumatı Aİ-nin icra orqanının nümayəndəsi təsdiqləyib. Onun sözlərinə görə, “Gürcü arzusu” partiyası avtoritar kursunu davam etdirərsə, vizanın liberallaşdırılması sxeminin mümkün müvəqqəti dayandırılması da daxil olmaqla bütün cavab variantları mümkündür.
Xatırladaq ki, 2017-ci ildən Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan Aİ ölkələrinə ildə altı aya qədər vizasız səfər edə bilərlər.
Ağarza Elçinoğlu