Sentyabrın 19-da axşam İrəvanın mərkəzində onlarla insanın iştirakı ilə əlbəyaxa dava olub.
"Unikal" Ermənistan mətbuatına istinadən xəbər verir ki, "Vernisaj" yaxınlığında təxminən 40 nəfər arasında mübahisə baş verib və atəş açılıb. Məlumata görə, bir qrup insan əvvəlcə mübahisə ediblər, sonra isə onların arasında dava-dalaş olub. Sonda tərəflər odlu silaha əl atıblar. Polisin müdaxiləsindən sonra tərəflər silahı yerə qoyublar. Bildirilir ki, qarşıdurmada 40-a yaxın iştirak edib. Onların bəziləri polis idarələrinə aparılıb.