Qarabağda rusiyalı sülhməramlıların ölümü ilə bağlı Rusiya və Azərbaycanda cinayət işi açılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
Diplomatın sözlərinə görə, yaxın vaxtlarda məhkəmə prosesi başlayacaq.
Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Azərbaycan və Rusiyanın baş prokurorluqları və istintaq orqanları bu məsələ ilə bağlı sıx əlaqədədirlər, istintaq cinayət işləri çərçivəsində aparılır, ətraflı məlumat daha sonra dərc olunacaq.
Xatırladaq ki, 2023-cü il sentyabrın 20-də Qarabağdakı Rusiya sülhməramlılarının avtomobili müşahidə məntəqəsindən qayıdarkən atəşə tutulub. Beş rus hərbçisi həlak olub, onların arasında komandirin müavini, birinci dərəcəli kapitan İvan Kovqan da olub.
Ağarza Elçinoğlu