Rusiya prezidenti Vladimir Putin Meksikanın yeni seçilmiş prezidenti Klaudiya Şeynbaumun andiçmə mərasiminə səfər etməyi planlaşdırmır.
"Unikal" xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
Şeynbaum bundan əvvəl Volodimir Zelenskinin dəvəti ilə Ukraynaya səfər etməkdən imtina etmişdi. Onun sözlərinə görə, Meksika fikir ayrılıqlarının sülh yolu ilə həllinə sadiq qalmağa davam edəcək.