ABŞ-nin Viskonsin ştatında təəccüblü hadisə baş verib.

"Unikal" xəbər verir ki, 12 yaşlı Oven Beyerman adlı uşaq atası 43 yaşlı Rayan Beyermanla qanuni ova çıxıb.

Bu zaman ayı ataya hücum edib. Bunu görən uşaq atasının qollarını və ayaqlarını parçalayan ayını tüfənglə nişan alıb.

Daha sonra balaca oğlan ayını vuraraq atasının həyatını xilas edib. Atası oğlunun bu cəsarətli addımı qarşısında "Oğlum mənim qəhrəmanımdır. O, mənə hücum edən ayını üzərimdə vuraraq öldürdü", - deyə bildirib.

Zərifə Nağıyeva