Portuqaliyada sentyabrın 14-dən bəri davam edən meşə yanğınları 7 nəfərin ölümünə səbəb olub. Yanğınlar ölkə tarixinin ən böyük meşə yanğınlarından biri kimi qeydə alınsa da, bu günə qədər yanan ərazinin paytaxt Lissabonun 10 qatı böyüklüyünə bərabər olduğu bildirilib.
"Unikal" xəbər verir ki, davam edən yanğınlarla əlaqədar ölkədə milli matəm elan edilib, bayraqlar yarıya endirilib.
Yanğınlar səbəbilə yüzlərlə insan evsiz qaldığı, minlərlə maşının yararsız hala düşdüyü bildirilib.
Zərifə Nağıyeva