İsrail-Livan xəttində günlərlə davam edən gərginlikdən sonra Hizbullah Katyuşa ilə İsrailə hücum edib.
"Unikal" xəbər verir ki, Hizbullahın 7 ayrı hücum təşkil etdiyi sərhəd bölgəsinə 150 raket atıldığı bildirilib.
Qeyd edək ki, Hizbullah lideri Həsən Nəsrullah kiberhücumlardan sonra dünən verdiyi ilk açıqlamada İsrailin qırmızı xətti keçdiyini və İsrailə lazımi cavabın veriləcəyini bildirib.
Nəsrullahın açıqlamasından 24 saat keçməmiş Hizbullahın Katyuşa raketləri ilə İsrailə hücum etdiyi açıqlanıb.
Hizbullahın İsrailə qarşı 7 ayrı hücum təşkil etdiyi və hücumda ölən və yaralanan olmadığı bildirilib.
Zərifə Nağıyeva