Tehranda keçirilən 38-ci Beynəlxalq İslam Birliyi Konfransında "Taliban" hərəkatının nümayəndəsi İran himninin səsləndirilməsi zamanı ayağa qalxmayıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Onun bu addımına görə Əfqanıstan səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Məlumata görə, İran Xarici İşlər Nazirliyinin Cənubi Asiya üzrə ikinci şöbəsinin rəhbəri Əfqanıstanın diplomatik missiyasının rəhbərini yanına çağıraraq, Əfqanıstan dini liderinin hərəkətlərini pisləyib və bildirib ki, "Taliban" nümayəndəsinin hərəkəti İslam Birliyi Konfransında iştiraka uyğun gəlmir.
Əfqanıstan səfiri izah edib ki, onların nümayəndəsinin hərəkəti heç bir halda ölkənin mövqeyini əks etdirmir və şəxsi baxışın təzahürüdür.
Daha əvvəl əfqan konfrans iştirakçısı etdiyi hərəkətə görə üzr istəyən video yayımlayaraq, kimisə incitmək və ya hörmətsizlik etmək niyyətində olmadığını bildirib.
Ağarza Elçinoğlu