İran HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İsrailə tezliklə cavab verəcək.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xameneinin aparatının rəhbəri Məhəmməd Məhəmmədi Qolpayeqani deyib.
“Gözlənilir ki, sionist rejimin bu addımına tezliklə cavab veriləcək”, - deyə ilahiyyatçı bildirib.