Bərdədə arı sancması ölümə səbəb olub.
"Unikal" xəbər verir ki, hadisə Bərdə rayonunun Nazırlı kəndində qeydə alınıb. Kənd sakini 1976-cı il təvəllüdlü Tağıyev Rüfət Çıraq oğlunu arı sancdıqdan sonra vəziyyəti pisləşib.
Onu xəstəxanaya çatdırmaq mümkün olmayıb, yolda dünyasını dəyişib.