Ukraynanın müdafiə naziri Rustəm Umerov bütün müavinlərini onların səmərəsizliyi səbəbindən işdən çıxarmağı planlaşdırır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, nazir Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanovun iki müavinini - Viktor Zaytsevi və İqor Ostapenkonu vəzifədən azad edib.
“Müdafiə naziri Rustəm Umerov öz müavinlərinin demək olar ki, hamısını tutduqları vəzifələrdə səmərəsiz olduqlarına görə işdən çıxarmağı planlaşdırır”, – “RBK-Ukrayna” agentliyinin “Telegram” kanalında dərc olunan informasiyasında belə deyilir.
Agentliyin mənbələrinin verdiyi məlumata görə, Umerovun Budanovu Baş Kəşfiyyat İdarəsinin rəisi vəzifəsindən azad etmək fikri yoxdur.