İran İsrailin Beyruta hücumu nəticəsində SEPAH generalının həlak olması ilə bağlı xəbərləri təkzib edib.
"Unikal" xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
"KİV-də İsrailin Beyruta endirdiyi hava hücumu nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandirinin müavini Məhəmməd Rza Fəllahzadənin həlak olması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil", - deyə məlumatda qeyd olunur.