Milli Məclisə keçirilən seçkiləri çoxsaylı xarici müşahidəçilər və beynəlxalq media subyektlərinin təmsilçiləri izləyiblər.
"Unikal" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 21-də keçirilən iclasında deyib.
O bildirib ki, seçkilərin müşahidəsinə xarici qurumların nümayəndələri və beynəlxalq müşahidəçilər, o cümlədən nüfuzlu beynəlxalq media subyektlərinin təmsilçiləri qatılıblar.