Superliqanın 6-cı həftəsində "Qalatasaray" səfərdə "Fənərbaxça"nı 3:1 hesabı ilə məğlub edib. Sarı-qırmızılıların qollarını Torreira, Mertens və Sara vurduğu halda, "Fənərbaxça"nın yeganə qolunu penaltidən Dzeko vurub.
"Unikal" xəbər verir ki, "Qalatasaray"ın "Fənərbaxça"nı 3-1 məğlub etdiyi matçdan sonra Okan Burukun "sarı-lacivərd"lərin baş məşqçisi Joza Mourinyoya gülümsəyərək baxan fotosu yayılıb.
Foto qısa zamanda sosial mediada gündəm mövzusuna çevrilib.
Qeyd edək ki, Mourinyo oyunsonrası mətbuat konfransı keçirməyib. O, konfransa qatılmaqdan imtina edib.