Gəncədə sürücünün ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Gülüsütan qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik maşını yoldan çıxaraq ağaca çırpılıb.
Nəticədə avtomobilin sürücüsü 20 yaşlı F.Məmmədov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır.
Tural Əhmədov