Yevlaxda içərisində hərbiçilərin olduğu minik avtomobili idarəetmədən çıxaraq  məktəbin həyətinə girib.

"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında  Xaldan qəsəbəsində, orta məktəbin qarşısında baş verib. Önünə qəfil çıxan maşından yayınmaq istəyən "Opel" idarəetmədən çıxaraq məktəbin dəmir hasarına çırpılıb və təhsil ocağının həyətinə düşüb. Xoşbəxtlikdən maşında olan hərbçilər xəsarət almayıb. Amma təxminən 10 metrlik dəmir hasar və  qəzaya uğrayan avtomobil ciddi zərər görüb. Faktla bağlı araşdırma aparıllr.

Ehtiram Muradov