İngiltərədə yeni qalmaqal yaşanır.
"Unikal" fanat-a istinadən xəbər verir ki, bir neçə Premyer Liqa klubu "kobud oyun texnikasından istifadə etdiyi" üçün "Arsenal"dan müvafiq quruma şikayət ünvanlayıb.
Xəbərə görə, “topçular” cari mövsümdə tez-tez oyun yubatmaqda günahlandırılır. Son misal kimi “Arsenal” – “Mançester Siti” (2:2) oyunu göstərilib.
“Arsenal”ın davranışları və hakimlərin buna göz yumması ilə bağlı şikayətə PGMOL-da baxılacaq. Bu qurum Premyer Liqada hakimliyə cavabdehdir.